Haqqımızda

        Türk xalqlarının ən qədim qış təamlarından olan turşular süfrəmizin bəzəyi , soyuq havaların əvəzolunmazı hesab olunur . Əsrlərlə analarımız qışın qarlı , çovğunlu günləri üçün yay aylarından tədarük görüb ,konserv məhsulları bağlamaqla zamanlarının çox hissəsini sərf ediblər . Artıq bu qədər zəhmətə heç bir əsas qalmadı . 2019-cu ildən fəaliyyətə başlayan “ Bellezza” firması xanımların bu əziyyətini öz üzərinə götürüb . Tərkibində heç bir əlavə qatqı olmayan Bellezza turşu, şərab və şirələri tam təbii meyvə və tərəvəzlərdən hazırlanır. Damağınızda qalan o dadı sizə məhz “Bellezza” məhsulları hiss etdirəcək .
        İnsan sağlamlığının əsas şərtlərindən biri, məhz keyfiyyətli qidadır . “Bellezza” məhsulları tam təbii meyvə və tərəvəzlərdən hazırlandığı üçün qısa müddət ərzində istehlakçıların sevgisini və etibarını qazanmağı bacarmışdır . Yüksək təcrübəli və olduqca bacarıqlı komandamızla ağız dadınıza uyğun ev üsulu turşularımızı təqdim etməkdən qürur duyuruq

Əlaqə telefon nömrəsi :

050 268 60 60


Haqqımızda

Ünvan :

Kürdəmir şəhəri M.F. Axundov küçəsi 11